"ABŞ-da vətəndaş qarşıdurması çoxdan başlayıb. Sadəcə indiki məqam pik həddidir. Bundan o tərəfəsi yoxdur, ola da bilməz". Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deyib.E. Musayev deyib: "Rəngi dəyişik adamları küçənin ortasında rəsmən qırırlar, Beynəlxalq Konvensiyaların tələbləri ayaq altdadır, qaradərililərin tam hüquqlu vətəndaş olması haqda 1979-cu il Bəyannaməsi, 1984, 1988 –cı aktı müasir dövrdə amerikalılar üçün lüzumsuz bir kağız parçasına çevrilib. Hətta irqi qarşıdurma – hansı ki, dövlət siyasəti formasında həyata keçirilir – elə bir mərhələyə qədər irəliləyib ki, artıq dövlət bunu gizlətmir, çox rahat şəkildə təqdim edir. Güman ki, bir azdan Amerika rəsmiləri eyni adlı fəaliyyətdən və siyasətdən qürurlandıqlarını da dilə gətirərlər. Bax onda təəccüblənmək lazım deyil. Bəli, bunlar belədir. Öz gözlərindəki tiri görmədən hamıya dərs keçirlər. Demokratiyaya münasibətdə də "hamını bəzər özü lüt gəzər" prinsipindən o yana keçə bilmirlər".
sia.az