PDF Oxu

Siyasət

  • 12

Nazir nümayəndə heyətini qəbul edib

Nazir nümayəndə heyətini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan İsveçrədə akkreditə olunmuş bir qrup ölkənin səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. Azərbaycan XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə nazir E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri haqqında danışaraq, dünyanın siyasi arenasında baş verən proseslər fonunda dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, enerji və nəqliyyat strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, elm-təhsil və sosial sahədə aparılan islahatlar barəsində qonaqları məlumatlandırıb.Nazir E.Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olmasına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, münaqişənin bu vaxta qədər həllini tapmamasının Ermənistanın qeyri-konstruktiv mövqeyinin nəticəsi olduğunu bildirib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.Səfirlər Azərbaycanın 23 illik müstəqillik dövründə əldə etdiyi nəzərəçarpacaq uğurları barəsində təəssüratlarını bölüşərək, dünyada artıq "Azərbaycan möcüzəsi" adlanan inkişaf modelinin formalaşdığını bildiriblər. Onlar Azərbaycanda insanların azad, firavan və gələcəyə böyük ümidlə yaşadıqlarının şahidi olduqlarını diqqətə çatdırıblar.Qonaqlar Azərbaycanın siyasi, iqtisadi, həmçinin sosial sahədə xüsusilə son onillik ərzində qazandığı nailiyyətlərinin I Avropa Oyunları kimi nəhəng idman tədbirlərinə ev sahibliyi etmək imkanı yaratdığını qeyd ediblər. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliklərini ifadə ediblər.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər