Dünən Daşkəsən rayon icra hakimiyyəti başçısının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı sərəncamına uyğun olaraq, YAP Daşkəsən rayon təşkilatı, həmçinin rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil orta məktəblərin şagirdləri arasında "mini-futbol" idman növü üzrə rayon birinciliyinə start verilmişdir. Oyunlarda iştirak edən 10 komanda arasında Quşçu kənd tam orta məktəbi birinci yerə, Nəsimi adına 1 saylı tam orta məktəbi ikinci yerə, A.Mürsəlov adına 2 saylı tam orta məktəbi isə üçüncü yerə layiq görülmüşdür.
Qalib gəlmiş komandalar kubok və diplomlar ilə mükafatlandırılıblar.
SUMQAYIT
Sumqayıtda Ulu Öndər Heydər Əliyevin doğum gününün 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Sumqayıt şəhər səhiyyə şöbəsində səhiyyə müəssisələri ərazi ilk partiya təşkilat sədrləri, tibb ocaqları rəhbərliyinin iştirakilə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır" mövzusunda tədbir keçirib. Şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev tədbirdə çıxış edərək müstəqil Azərbaycan dövlətinin banisi, xalqın və dövlətin böyük xilaskarı Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən söz açaraq, Onun qədirbilən Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb.
Sumqayıt şəhər 3 saylı şəhər xəstəxanasının baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Bəhram Paşayev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həmişə ölkəmizin inkşafı, xalqımızın rifahı naminə uzaqgörənliklə və müdirliklə fəaliyyətini faktlarla yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Uşaq xəstəxanasının şöbə müdiri, ərazi ilk partiya təşkilat sədri Sehri Babayev, səhiyyə şöbəsinin baş inspektoru Səkinə Sadıxova, YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Fərman Kazımov və başqaları çıxış edərək bildirdilər ki, Ulu Öndərin yaratdığı və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkədə, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Təbii ki, bu uğurlar getdikcə daha geniş və davamlı bir xarakter daşıyacaq.
MİNGƏÇEVİR
YAP Mingəçevir şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüni qeyd edib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat, dama və nərd turniri keçirib. 14 ərazi ilk partiya təşkilatından 100 nəfərdən çox partiya üzvünün iştirak etdiyi tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək yarışın iştirakçılarına uğurlar arzuladı və bildirdi ki, bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəviyyatında və vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir: "Elə bunun bariz nümunəsidir ki, bugünkü tədbirdə də gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı Cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar".
Sonra şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasətini ölkədə uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində idmanın yüksək inkişafından, dünya miqyasında əldə edilən uğurlardan danışdı.
Turnirdə şahmat üzrə fərdi yarışda Mingəçevir Şahmat Məktəbinin şagirdi Səlimova Aysel Ehtiram qızı I yerə, Mahmudzadə Turqay Qahir oğlu II yerə, dama üzrə turnirdə Azərbaycan İstilik- Elektrik Stansiyasından İsmayılov Mais Sarış oğlu I yerə, Mingəçevir Politexnik İnstitutundan Vəliyev Emin Xaləddin oğlu II yerə, nərd üzrə turnirdə Mingəçevir Regional Elektrik Şəbəkəsindən Ələkbərov Tural Yusif oğlu I yerə, Azərbaycan İstilik-Elektrik Stansiyasından Osmanov Elvin Nəsib oğlu II yerə layiq görülmüşlər.
Qaliblər YAP Mingəçevir şəhər təşkilatının Fəxri Fərmanı ilə təltif olunub.
AĞCABƏDİ
Ağcabədidə Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş silisilə tədbirlər davam etdirilməkdədir
YAP Ağcabədi rayon təşkilatında da tədbirlər planına müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilməkdədir. YAP Ağcabədi rayon təşkilatının inzibati binasında YAP Ağcabədi rayon təşkilatı, Heydər Əliyev Mərkəzinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə məktəblilər arasında "Ən böyük Azərbaycanlı" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. İnşa yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq, qiymətləndirilib. Müsabiqədə Ağcabədi rayonunun Köyük kənd orta məktəbin IX sinif şagirdi Aytəkin Hacıyeva I yerə, Ağcabədi şəhər 3 saylı tam orta məktəbin VIII a sinif şagirdi II yerə, Rəncbərlər kənd tam orta məktəbin X a sinif şagirdi Toğrul Quliyev III yerə layiq görülüb.
Mayın 1-də məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Qaraxanlı kənd tam orta məktəbin 6-cı sinif şagirdi Nubar Əliyeva I yerə, Aran kənd 2 saylı tam orta məktəbin 7 sinif şagirdi Şövqiyyə Qarayeva II yerə, Salmanbəyli kənd tam orta məktəbin şagirdi Rəşadət Həsənov isə III yerə layiq görülüb. Həmin gün - mayın 1-də, həmçinin rayonun müəssisə və təşkilatları arasında mini-futbol üzrə rayon turnirinə də start verilib.
Qeyd edək ki, inşa müsabiqəsinin, bədii qiraət, mini-futbol, eləcə də digər müsabiqə və yarışların qalibləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş yekun tədbirdə Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaq.
NAFTALAN
Naftalanlı gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Naftalan şəhər icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı və Naftalan şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə bir qrup fəal gənc Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Gənclər ilk öncə Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Heydər Əliyevin adını daşıyan mərkəzlə tanış olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirilib. Mərkəzin direktoru iştirakçılara mərkəz haqqında ətraflı məlumat vermişdir. Daha sonra gənclər mərkəzdə yerləşən Elektron kitabxana ilə, həmçinin Dahi Şəxsiyyətin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən kitablarla tanış olublar.
AĞDAM
Ağdamda Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibətilə mini-futbol yarışı keçirilib
YAP Ağdam rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ağdam Olimpiya İdman Kompleksində mini-futbol yarışı keçirilib. Tədbirdə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Mini-futbol yarışında rayonun müxtəlif idarə müəsissə və təşkilatlarının, həmçinin kənd və qəsəbələrin komandaları iştirak ediblər.
Yarışda birinci yerə Quzanlı köçkün qəsəbə komandası, ikinci yerə Quzanlı qəsəbə komandası və üçüncü yerə isə Ağdam Musiqi Kolleci komandası layiq görülüb.
Qeyd edək ki, birinci yerin qalibinə kubok və Fəxri fərmanla yanaşı qiymətli hədiyyələr, ikinci yeri tutan komandaya Fəxri fərman və qiymətli hədiyyələr, üçüncü yeri tutan komandaya isə Fəxri fərman təqdim olunub.
"SƏS"