PDF Oxu

Siyasət

  • 8

Qubada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Qubada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

YAP Quba rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, YAP Quba rayon təşkilatı idarə heyəti və şura üzvləri, rayon partiya fəalları və gənclər iştirak ediblər. Tədbir başlamazdan öncə Dövlət Himni səsləndirilib. Sonra konfrans iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin istər sovet dövründə, istərsə də dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə gördüyü işlər dövlətimizin çiçəklənməsinə xidmət edib:"1969-cu ildə Heydər Əliyevin Azərbaycanın Mərkəzi Komitəsinə Birinci Katib təyin edildiyi zamandan respublika durğunluq dövründən çıxaraq bütün sahələrdə inkişaf yolunu müəyyənləşdirdi. Azərbaycan dövlətinin bünövrəsi, məhz həmin illərdə qoyuldu. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoyub, uğurlu nailiyyətlərə imza atdı. Azərbaycanın tarixinə adı Dahi Xilaskar, Böyük Qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları müasir cəmiyyətimizin inkişafının ideya mənbəyi olmaqla yanaşı, möhtəşəm səfərbəredici amildir. Məhz Ümummilli Liderin siyasəti Azərbaycan əhalisində dövlətçilik şüurunu, milli mənlik qürurunu formalaşdırdı".

Məruzə ətrafında YAP Quba rayon təşkilatı idarə heyətinin üzvləri Həsən Günəşli, Hüseynağa Baxışov, Laçın Səfərəliyev, rayon təşkilatı şurasının üzvü Elza Orucova, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru Əli Allahverdiyev, YAP Quba rayon təşkilatı qadınlar şurasının sədri Aysel Şeydayeva, YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı, Müəllimlər İnstitutunun Quba filialının tələbəsi Rahim Məmmədov, Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov və başqaları çıxış ediblər. Bildirilib ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər Ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində daim yaşamaq səadəti bəxş edib. Dahi Şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılıb və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılıb.

Ulu Öndərin əsasını qoyduğu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.

Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər