PDF Oxu

Siyasət

  • 15

Azərbaycanın müstəqil dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın müstəqil dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda lektoriya keçirilib.AZƏRTAC xəbər verir ki, tədbiri Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov açaraq, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolundan danışıb.Bildirilib ki, Azərbaycanın müstəqil dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş bu dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib."Naxçıvan" Universitetinin idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, burada milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılıb. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən xilas olub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib.Sonra mövzu ətrafında çıxışlar olub.

AZƏRTAC

Digər xəbərlər