PDF Oxu

Siyasət

  • 8

Aydın Mirzəzadə: “Beynəlxalq təşkilatlarda mübahisələr bitmir”

Aydın Mirzəzadə: “Beynəlxalq təşkilatlarda mübahisələr bitmir”

AÇIQLAMA

"Bu gün Qərblə Rusiya arasındakı münasibətlərdə müəyyən gərginlik var". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Norveçin Qərb sahillərində hərbi təlimlər keçirməsinə və bundan Rusiyanın narahatçılıq duymasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, Krım məsələsindən sonra bu gərginlik nəinki azalmır, əksinə artmaqda davam edir: "Tərəflər bir-birinə müxtəlif yollarla gücünü göstərməyə çalışır. Onlar gah sanksiyalar tətbiq edirlər, gah da hərbi təlimlər keçirilər. Bununla belə, beynəlxalq təşkilatlarda mübahisələrin sonu bitmir. Ümumilikdə götürdükdə hesab edirəm ki, bu cür qarşıdurma əlbəttə ki, tək onlar arasında deyil, eləcə də dünyadakı bir çox proseslərdə özünü göstərir".

sia.az

Digər xəbərlər