Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev və partiyanın rayon təşkilatının fəalları iştitak ediblər.Tədbiri YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib: "Ulu Öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi 13 ildə Azərbaycanın inkişafı naminə gördüyü işlər, müstəqillik qazandıqdan sonra isə Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyimizin əbədiliyini təmin etmək üçün reallaşdırdığı qlobal miqyaslı nəhəng layihələr məhz ölkəmizin tərəqqisi ilə nəticələnib. Bu inkişaf meyarlarını xalqımızın hər bir nümayəndəsi görür, dərk edir və alqışlayır. Hələ sovet dövründə Azərbaycana uğurla rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi-iqtisadi və mənəvi potensial yarada bilib. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Ümummilli Liderimiz müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik yaratdı. Bu gün Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələblərinə uyğun – mütərəqqi şəkildə davam etdirilir. Təsadüfü deyil ki, artıq Azərbaycan həm də beynəlxalq aləmdə bir mərkəz reallığına çevrilib. Artıq bir çox əhəmiyyətli beynəlxalq tədbirlərin burada keçirilməsi, o cümlədən I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi barədə verilən qərar, bu istiqamətdə görülən işlər də bunu kifayət qədər sübut edir".Çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Heydər Əliyev dühasının, əzəmətinin qeyri-adiliyi onda idi ki, O, dağılmaq, parçalanmaq həddində olan Azərbaycan çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: "Heydər Əliyev ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Azərbaycan inkişaf edir və inkişaf etdikcə dünya birliyində layiqli yerini tutur. Sadalanan fikirlər Heydər Əliyev faktorunun sübutudur. Beləliklə, Ulu Öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycan çiçəklənən və qüdrətlənən bir ölkəyə çevrilib. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycanın dünyanın ən öncül dövlətləri sırasında yerini alıb".Daha sonra söz alan "SƏS" Media Qqupunun rəhbəri Bəhruz Quliyev çıxışında qeyd edib ki, Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli mənəvi dəyərlərimizin qorunmasının və inkişaf etdirilməsinin, çoxşaxəli inkişafının əsasında Heydər Əliyev zəkasından, müdrikliyindən bəhrələnən düşünülmüş siyasət dayanır: "Azərbaycanın dünya birliyinə qətiyyətli inteqrasiyası bir daha göstərir ki, dövlətimizin inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası neçə-neçə on illər üçün hesablanmışdır. Həmin ideyaların reallaşması dahi siyasətçinin dövlətçilik təcrübəsinin, uzaqgörən siyasətinin nəticəsidir. Bu baxımdan, Azərbaycan xalqı özünü xoşbəxt hesab edə bilər. Tarixdə barmaqla sayıla biləcək qədər dövlət başçısı tapılar ki, Heydər Əliyev kimi Liderlik adını, xalqının dəstək və etimadını qazansın".Bəhruz Quliyev onu da qeyd edib ki, Heydər Əliyev həm də "Xalq-Heydər" birliyinin yaradılmasına nail olaraq, ölkədə vətəndaş sülhünə və həmrəyliyinə nail oldu: "Bu isə həm də Azərbaycançılıq ideologiyasının bərqərar olması idi. Ulu Öndər hər zaman vurğulayırdı ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlılyam". Bəli, məhz bu faktor bir daha sübut edir ki, bizlər azərbaycançılıq məfkurəsinin qoruyub-saxlanılmasında, inkişaf etdirilməsində səylə çalşmalıyıq".Digər çıxış edən tədbir iştirakçıları tərəfindən vurğulanıb ki, Azərbaycanın dünya birliyində tanınması, yüksək tribunalarda söz sahibinə çevrilməsi, ölkəmizin bir çox nəhəng beynəlxalq siyasi, mədəni və idman sahələrindəki tədbirlərə ev sahibliyi etməsi məhz Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, cənab İlham Əliyevin qətiyyəti, dünyada möhkəmlənən nüfuzu sayəsində mümkün olmuşdur. Eyni zamanda Azərbaycan çox mötəbər bir beynəlxalq idman hadisəsi ərəfəsindədir. I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkəmiz bundan sonra da öz uğurlu yolunu davam etdirərək, qələbə və zəfərlərə imza atacaq".
sia.az