PDF Oxu

Siyasət

  • 103

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edilib

SUMQAYIT

YAP Sumqayıt şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib

Sumqayıt şəhər Telekommunikasiya Qovşağında YAP şəhər təşkilatının ilk partiya təşkilat sədrləri, müəssisə idarə və təşkilat rəhbərlərinin iştirakilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda yığıncaq keçirilib. Yığıncağı Sumqayıt Telekommunikasiya Qovşağının rəisi, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Akif Əsgərov açaraq, böyük siyasətçi, xalqımızın Ulu Öndəri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimizin inkişafı və müstəqilliyimizin qorunmasından, xalqın rifah halının yaxşılaşdırılması naminə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan söz açıb.

Yığıncaqda YAP Sumqayıt şəhər təşkilatı sədrinin qadınlarla iş üzrə müavini Səkinə Sadıxova, şəhər Yüksək Gərginlik Elektrik Şəbəkə MMC-nin ərazi ilk partiya təşkilatının sədri Töhfə İbadova, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rüstəm Sadıqzadə çıxış edərək əbədiyaşar Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən ağır günündə, müstəqilliyimizin itirilməsi və ölkənin parçalanması dövründə xalqın tələbi ilə siyasi hakimiyyətə gəlişi və xilaskarlıq missiyasının şərəflə yerinə yetirilməsi, köklü islahatların aparılması, neft strategiyasının hazırlanması, ordu quruculuğunun həyata keçirilməsi, ölkədə sosial-siyasi sabitliyin bərqərar edilməsi, xalqın iqtidara olan böyük inamının özünə qaytarılmasında əvəzsiz və unudulmaz xidmətlərindən danışıblar.

QOBUSTAN

ULU ÖNDƏRƏ MƏHƏBBƏTİN TƏCƏSSÜMÜ

YAP Qobustan rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümü ilə bağlı silsilə tədbirləri davam etdirir

YAP Qobustan rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti tədbir rayon təşkilatı və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev-92" devizi altında məktəblərarası mini-futbol yarışının final mərhələsinin keçirilməsi oldu. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül-çiçək dəstələri qoyublar. Şəhər 2 saylı tam orta məktəbin futbol meydançasında davam edən tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Cənab İlham Əliyevin idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Bu gün ölkə rəhbərliyi idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançılarının hər il böyük qələbələrə imza atmaqla ölkəmizin nüfuzunu daha da artırırlar. Bu gün rayonda belə bir yarışın keçirilməsində məqsəd mini-futbolun inkişafının və kütləviliyinin artırılması, yüksək potensiallı futbolçuların aşkar edilərək həvəsləndirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaqdır".

Rayon təşkilatının sədri onu da bildirib ki, aprel ayının 10-dan başlayan Qobustan rayon ümumtəhsil məktəb şagirdləri arasında mini-futbol yarışmasına start verilibdir: "Yarışda rayonun 10 məktəb komandası iştirak edir. Yarışın final mərhələsində rayonun şəhər 1 saylı tam orta məktəbinin və Çalov kənd ümumi orta məktəblərinin komandaları öz güclərini sınayıb. Gərgin və güclü mübarizə şəraitində keçən yarışmanın final mərhələsində rayonun Çalov kənd ümumi orta məktəbinin komandası qalib gələrək I-ci yerə layiq görülüb".

Sonda I və II yeri tutan Çalov kənd ümumi orta və şəhər 1 saylı tam orta məktəbinin komandalarına kubok, diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunub.

ŞƏMKİR

Şəmkir rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir

Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümü ilə əlaqədar Şəmkir ziyalıları və YAP-ın fəal gəncləri arasında görüş keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. O bildirib ki, Azərbaycanın müstəqilliyi, sosial-iqtisadi inkişafı 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderimizin adı ilə bağlıdır. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Şəmkir rayon Ağsaqqalar Şurasının üzvü İsmayıl Süleymanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Şəmkirə səfərindən geniş danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev, xalqımızın və dövlətimizin taleyüklü həlledici çətin anlarında bütün məsuliyyəti həmişə öz üzərinə götürüb. Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyev siyasəti, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir.

Tədbirdə Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəsi, YAP Şəmkir rayon qadınlar şurası idarə heyətinin üzvü Aybəniz Nəsibova, rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatının sədr müavini Məcid Şıxlıniski, rayon təşkilatı qadınlar şurasının sədri Nüşabə Seyidova, rayon Ağsaqallar Şurasının üzvü Qafar Vəliyev, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP Şəmkir rayon təşkilatı gənclər birliyinin sədr müavini Vusal Rzayev və digərləri xalqımızın Ümummilli Liderinin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımıza göstərdiyi xidimətlərindən danışıblar.

"SƏS"

Digər xəbərlər