PDF Oxu

Siyasət

  • 13

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ƏƏSMN idman yarışları keçirib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ƏƏSMN idman yarışları keçirib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında keçirilən mini futbol və mini şahmat turnirinə yekun vurulub.AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial formalaşdırdığını vurğulayıb. Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs edən nazir dahi şəxsiyyət Heydər Əliyevin əhalinin rifah halının yüksəldilməsinə xüsusi diqqət və qayğısından söz açıb, bunun bir nümunəsi kimi, 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə artdığını qeyd edib.Bildirilib ki, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği 2 dəfə artırılıb. Təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib.S.Müslümov bu gün Azərbaycanın dünyada sabitlik və inkişaf məkanı, müasir və tolerant ölkə, o cümlədən idman ölkəsi kimi tanındığını qeyd edərək deyib ki, "Bakı-2015" ilk Avropa Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin daim artan beynəlxalq nüfuzunun əyani göstəricisidir. Gələn ay ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunları Azərbaycanın bütün sahələrdə nə qədər sürətli inkişafa nail olduğunu dünyaya nümayiş etdirəcək.Nazir Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə belə bir turnirin təşkil olunmasının idmanın gənclər arasında kütləviləşməsinə, sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini bildirib.Tədbir qalib komandalara kubokun təqdim edilməsi ilə yekunlaşıb.

AZƏRTAC

Digər xəbərlər