Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası(YAP) və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası həyata keçirilib. SİA-nın məlumatına görə kampaniyada Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Baş nazirin müavini, YAP İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP rayon təşkilatının sədrləri, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak ediblər.Kampaniya çərçivəsində ətraf ərazi tullantılardan təmizlənərək, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 350-dən artıq müxtəlif növ ağac və kollar əkilib. Bu kimi ağacəkmə kampaniyalarını keçirməkdə əsas məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədənivyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.Xalqımızın Dahi Lideri ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verib. Bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul edilib, irimiqyaslı tədbirlər həyata keçirilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verməkdədir.Qeyd edək ki, Nərimanov rayonunda ağacəkmə kampaniyası Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinin keçirildiyi ərəfədən etibarən davam etdirilir. Yeni Azərbaycan Partiyası(YAP) və Rayon İcra Hakimiyyəti ilə birgə rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən ərazidə yaşıllıq zolağı salınıb ki, artıq yeddi ildir ki ənənəvi olaraq davam edən ağacəkmə kampaniyası nəticəsində ərazidə 5000-dən çox İtaliyadan gətirilmiş Leylandra və müxtəlif növ digər ağac və kol bitkiləri əkilib.
sia.az