PDF Oxu

Siyasət

  • 7

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib

Mayın 6-da Nizami Kino Mərkəzində "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev üç ildən sonra Azərbaycan kinosunun 120 illik yubileyinin təntənəli şəkildə qeyd ediləcəyini vurğulayıb. Bildirib ki, bir əsrdən çox şərəfli yol keçmiş kinomuzun tarixində onlarla filmlər çəkilib, neçə nəsil kino xadimləri yetişib ki, onların adları incəsənət tariximizə qızıl hərflərlə yazılıb.C.Quliyev çıxışında ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara böyük diqqət və qayğısını xüsusilə vurğulayıb.Diqqətə çatdırılıb ki, Ulu Öndər istər Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyərkən, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olarkən mədəniyyətimizin inkişafına böyük qayğı göstərib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə bir çox kino işçilərinə fəxri adlar verilib, "Azərbaycanfilm"in texniki bazasını möhkəmləndirmək məqsədilə iri məbləğdə vəsait ayrılıb, kinostudiya üçün yeni avadanlıq alınıb.Vurğulanıb ki, "Azərbaycanfilm"də müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də ümummilli liderimiz Heydər Əliyev gəlib və hər dəfə də bu problem aradan qaldırılıb. "Bir cənub şəhərində" və "İstintaq" bədii filmlərini buna misal göstərə bilərik. "Şəhərin yay günləri" pyesinin ekranlaşdırılması, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında "Uzaq sahillərdə" filminin çəkilməsi ideyası da ulu öndər Heydər Əliyevə məxsusdur. Hələ o dövrdə tarixi köklərə qayıdış hiss olunub, "Nəsimi", "Dədə Qorqud", "Babək" kimi tarixi filmlər çəkilib.Bildirilib ki, Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-də Azərbaycan Kinosu Günü qeyd edilir.Qeyd olunub ki, Ulu Öndərin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğısı istiqamətində həyata keçirdiyi böyük işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafı üçün geniş imkanlar yaradır.Tədbirdə çıxış edən xalq artisti Tofiq İsmayılov və əməkdar incəsənət xadimi Rafiq Qəmbərov ulu öndər Heydər Əliyevlə görüşlərindən, onunla bağlı xatirələrindən söhbət açıblar.Əməkdar incəsənət xadimi Aydın Kazımzadə "Heydər Əliyev kino haqqında" kitabı üzərində işlədiyini qeyd edib. O, Ulu Öndərin çıxışlarında kino haqqında dediyi bir sıra fikirləri səsləndirib.Sonda Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə hazırlanmış film nümayiş olunub.

AZƏRTAC

Digər xəbərlər