PDF Oxu

Siyasət

  • 9

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda keçirilən məqalə müsabiqəsinə yekun vurulub.Mayın 6-da Bakıda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.Mərasimdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova müsabiqənin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikirləri və verdiyi tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov qeyd edib ki, Ulu Öndər Azərbaycanda qadın hərəkatının inkişafına, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına böyük hər zaman önəm verib.Tədbirdə ulu öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi dövlət siyasətindən, bu sahədə qazanılan uğurlardan bəhs edilib.Sonda qaliblər mükafatlandırılıblar.

AZƏRTAC

Digər xəbərlər