PDF Oxu

Siyasət

  • 11

Elman Məmmədov: “Onlar bu beynəlxalq tədbiri həzm edə bilmirlər” AÇIQLAMA

Elman Məmmədov: “Onlar bu beynəlxalq tədbiri həzm edə bilmirlər” AÇIQLAMA

"Azərbaycana qarşı şər, böhtan, qarayaxma, təzyiq kampaniyaları tək indi deyil. Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edəndən, xüsusilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycana qarşı bu cür xarakterli kampaniyalar mütəmadi olaraq aparılır. Onlar gördülər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra müstəqil siyasət yeridib və inkişaf xəttinə düşüb". Bunu SİA-ya millət vəkili Elman Məmmədov I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, ölkəmizdə bütün sahələrdə məqsədyönlü iş aparılır və inkişaf gedir. Təbii ki, onlar Azərbaycanın müstəqilliyini, müstəqil dövlət kimi möhkəmlənməsini və qazandığı uğurları qəbul edə bilmədilər. Yəni, dünya dövlətləri arasında ərazisinə və əhalisinə görə o qədər də böyük olmayan Azərbaycan bu dövlətlər içərisində özünün uğurlarına, inkişafına görə kifayət qədər sanballı mövqedə durur. Bunlar bir Şərq müsəlman dövləti kimi Azərbaycanı belə görmək istəmirlər. Onların görmək istədikləri daxili iğtişaş, qeyri-stabillik, uğursuzluq, dövlət çevrilişləri müxtəlif təxribatlar, müharibələrdir. Artıq onlar Dağlıq Qarabağ problemini yaradıblar və həll olunmasına icazə vermirlər. Çünki o problem bunların əlində Azərbaycana qarşı bir təzyiq vasitəsidir".E.Məmmədov hesab edir ki, əgər Ermənistanla Azərbaycan bu münaqişədə təkbətək üz-üzə qalsa, bu problem çoxdan həll olunmuşdu: "Sadəcə maraqlı olan həmin Qərb dairələrinin (Rusiyada daxil olmaqla) Azərbaycanı asılı vəziyyətdə saxlamaq üçün təzyiqlər etməsidir. Bu gün Azərbaycan Avropanın ilk Yay Oyunlarını keçirəcək. Bu, genişmiqyaslı beynəlxalq tədbirdir. Onlar bunu həzm edə bilmirlər. Azərbaycan dünyamiqyaslı, beynəlxalq səviyyəli layihələr (enerji, nəqliyyat və s.) həyata keçirir. Onlar istəyirlər ki, digər asılı dövlətlər kimi Azərbaycan da ancaq bunların barmağı, çubuğu, sözü ilə idarə olunsun".

sia.az

Digər xəbərlər