PDF Oxu

Siyasət

  • 10

"Azərbaycan Müasir Dünyada" mövzusunda konfrans keçirilir

"Azərbaycan Müasir Dünyada" mövzusunda konfrans keçirilir

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 92 illiyinə həsr olunan "Azərbaycan Müasir Dünyada" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, vitse-spiker Ziyafət Əsgərov hökumət üzvləri və digərləri iştirak edirlər. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, Ulu Öndərin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması artıq ənənə halına çevrilib: "Bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əiyev və Azərbaycan anlayışlarını bir-birindən ayrımaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, ona hörmət və ehtiramını bildirəcək. Yeni Azərbaycan Partiyası artıq 12-ci ildir ki, Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir. Budəfəki konfransın mövzusunun "Azərbaycan müasir dünyada" olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin ideayaları, onun adı ilə bağlıdır. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib. MDB dövlətləri içində BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasını göstərir".

sia.az

Digər xəbərlər