PDF Oxu

Siyasət

  • 10

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSUDUR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSUDUR

Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı Sərəncamda qeyd olunan bir fikri nəzərə çatdırmaq istərdim: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Lakin bu proses heç də asanlıqla baş verməyib və Ümummilli Liderimiz bu yolda böyük fədakarlıqlar göstərib".Həqiqətən də Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin memarı və qurucusu idi. Qüdrətli dövlət xadimi Heydər Əliyev siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdü. Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu formalaşmış doğru və düzgün fikir idi. Ölkəmizin fəxri, ümumilli iftixarımız və Liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki bir neçə il sonra görüləcək işləri həyata keçirməyə bacaran, nadir keyfiyyətə malik, uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti, ölçülüb-biçilmiş gələcəyə ünvanlanmış siyasət idi. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin fəlsəfi konsepsiyasını bəxş edərək Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Heydər Əliyevin beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi Onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar, dövlət xadimi, Milli Lider, xalqın məhəbbətini qazanan Öndər kimi qalmışdır. O, analitik düşüncə tərzi ilə çətin vəziyyətdə soyuqqanlı olmaq məharətiylə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Ulu Öndəri fenomen şəxsiyyət adlandırırlar. Heydər Əliyev güclü şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Bu siyasətin layiqli davamçısı Cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarını əsaslı gələcəyə istiqamətlənmişdi. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması ağır və taleyüklü sınaqlardan çıxmışdır.Beləliklə, bir daha azərbaycançılıq məfkurəsinin mahiyyətinə nəzər yetirək. Ümummilli Lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet hissəsini nəzərə çatdırıb: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".Əksər ekspetlərin də vurğuladıqları kimi, azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcək və müstəqillik və milli eyniyyət həmin nəsillər üçün layiqli həyatın və şəxsi azadlığın ayrılmaz atributlarına çevriləcək. Son olaraq onu da qeyd edim ki, məhz milli həmrəyliyin təməl prinsiplərini təşkil edən azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər rolunu oynayır. Eyni zamanda, azərbaycançılıq ideologiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin dünyada yerinin daha da möhkəmləndirilməsinə xidmət edir.

EMMA ASLANOVA,

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent

Digər xəbərlər