PDF Oxu

Siyasət

  • 10

YAP Nərimanov rayon təşkilatının qadınlar şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib

YAP Nərimanov rayon təşkilatının qadınlar şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib

NƏRİMANOV

Dünən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən Müasir Təhsil Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri kompleksin direktorunun müavini Xədicə Əliyeva açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərib. X.Əliyeva bu gün müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi uğurların Ulu Öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin əzmlə davam etdirdiyini vurğulayıb.

Tədbirdə YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu bildirib: "Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu BÖYÜK ŞƏXSİYYƏT barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, DAHİ ÖNDƏR Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir". M.İbrahimova, həmçinin onu da vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərib: "Bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol Dahi Liderimiz Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev Cənablarının bu siyasətə sadiqliyidir. Azərbaycan bu gün Cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Bu, Azərbaycanın və Azərbaycan xalqının seçimidir. Ömrünün qalan hissəsini də xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsindən qurtardı". M.İbrahimova çıxışı zamanı onu da qeyd edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası sıralarında 650 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdıraraq, partiyanın sıralarında yüksək intellektə, böyük vətənpərvərlik duyğularına, malik insanlar birləşir: "Bu insanların yüksək fədakarlığı YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, onun yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir".

YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədrinin müavini, "Tərəqqi" Litseyinin direktoru Məhbubə Məmmədova bildirdi ki, Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib: "İstənilən xalqa şəxsiyyət gərəkdir. Buna görə də biz fəxr edirik ki, Heydər Əliyev kimi Dahi, Müdrik, Əbədiyaşar Ümummilli Liderimiz var. Ulu Öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və Özü də tarix yaradırdı. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, daha da artmaqdadır". M.Məmmədova sonda onu da vurğuladı ki, ömrünü xalqının yolunda şam kimi əridən Ulu Öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək.

Sonda Müasir Təhsil Kompleksinin ədəbi kompozisiyasını təqdim etdilər. Həmçinin, tədbir iştirakçıları liseyin şagirdlərinin hazırladıqları əl işləri ilə bağlı sərgiyə də tamaşa etdilər.

R.HÜSEYNOVA

Digər xəbərlər