PDF Oxu

Siyasət

  • 10

Mübariz Qurbanlı: "Azərbaycanda dövlət-din münasibətləri tənzimləndi"

Mübariz Qurbanlı: "Azərbaycanda dövlət-din münasibətləri tənzimləndi"

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının təqdimat mərasimini keçirilir. SİA-nın məlumatına görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, dini icmalar, dini konfessiyalar, dinşünaslıq komissiyasının üzvləri, "Heydər Əliyev siyasəti və milli – mənəvi dəyərlərimiz" mövzusunda keçirilən məqalə müsabiqəsinin münsiflər heyəti, müsabiqənin qalibləri və KİV nümayəndələri iştirak edir."Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının ön söz müəllifi Komitə sədri Mübariz Qurbanlı, buraxılışa məsul isə DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlıdır. Kitabda Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən dəyərli çıxışları, nitqləri, görüşləri, təbrikləri öz əksini tapıb.Tədbiri giriş nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq deyib ki, Azərbaycan müstəqilliyinin ilk illərində ermənilərin təcavüzünə məruz qaldı: "Səbəb isə o zaman hakimiyyətdə olan dövlət rəhbərlərinin səriştəsizliyi idi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən problemlər öz həllini tapdı. Beləcə, ölkəmizdə dövlət-din münasibətləri tənzimləndi. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar tikildi istifadəyə verildi. Azərbaycanda 2050-yə yaxın məscid var. Hazırda bu uğurlu siyasət cənab İlham Əliyev tərəfindən davam etdirilir. Heydər məscidinin tikilib istifadəyə verilməsi buna bariz sübutdur".Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, Bakı şəhəri Dağ Yahudiləri icmasının sədri Milix Yevdayev, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasiyasının katibi Elnur Əfəndiyev, "Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası Vladimir Fekete, Avropa Yahudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran çıxış ediblər.Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi "Heydər Əliyev siyasəti və milli – mənəvi dəyərlərimiz" mövzusunda keçirilən məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

sia.az

Digər xəbərlər