PDF Oxu

Siyasət

  • 10

“İslamın əsl mahiyyətini dünyaya olduğu kimi çatdırmalıyıq”

“İslamın əsl mahiyyətini dünyaya olduğu kimi çatdırmalıyıq”

"Ümumiyyətlə islamafobiya elementləri xristian ölkələrində özünü büruzə verir". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bəzi Avropa ölkələrində islamafobiyanın mövcud olması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.Komitə sədrinin sözlərinə görə, islamafobiya ilə əlaqədar vəziyyətin yaranmasında həmin islam ölkələrində olan millətçi və dinçi qrupların rolu var: "Lakin, bu cür fobiyanın yaranmasında islama ziyan vuran, islam dinini gözdən salan, islam dini haqqında yalnış fikirlərin yaranmasına gətirib çıxaran hərəkətləri edən qrupların da "əməyi" var. Bu cür qruplar radikal islamçı dairələrdir. Həmin qrupların "əməlləri"nin sayəsində Avropa və başqa ərazilərdə islam haqqında mənfi fikirlər yaradılmağa cəhd edilir. Ona görə də biz buna yanaşanda islamın əsl mahiyyətini dünyaya olduğu kimi çatdırmalıyıq ki, hər hansı fobiya xəstəlikləri ilə üz-üzə qalmayaq".

sia.az

Digər xəbərlər