PDF Oxu

Siyasət

  • 10

Ulu Öndər Heydər Əliyev böyük Azərbaycan deməkdir

Ulu Öndər Heydər Əliyev böyük Azərbaycan deməkdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92-ci ildönümüdür. Ulu Öndər Azərbaycan xalqı və dövləti üçün nə deməkdir və Ulu Öndərin ideyaları, əsasını qoyduğu siyasəti bu gün bizlər tərəfindən layiqincə həyata keçirilə bilirmi? Bu suallarla müsahiblərimizə müraciət etdik:

Aydın Mirzəzadə, millət vəkili:

- Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində çox böyük rol oynayıb. İşlədiyi bütün sahələrdə dövrünün problemlərinin həll edilməsi, milli maraqların təmin edilməsi, Azərbaycanın qüdrətlənməsi istiqamətində siyasəti daim müsbət nəticə verib. SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlar da O, geridə qalmış bir respublikanı ən inkişaf etmiş bir bölgəyə çevirdi. Bir sözlə, bütün sahələr üzrə Azərbaycanda böyük nailiyyətlər əldə olundu. Milyonlarla iş yerləri açıldı, çox sayda evlər tikildi, müəssisələr işə salındı, azərbaycanlıların güzaranı yaxşılaşdı. Azərbaycan xalqının intellektual potensialı artıq sərhədlərindən çox-çox uzaqlarda tanınmağa başladı. Məhz bu siyasət idi ki, Azərbaycan torpaqlarına iddia edən ermənilər onlara yaxın olan Qorbaçovun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırmağa nail oldular. Bundan sonra Dağlıq Qarabağda separatizm genişləndi və torpaqlarımız işğal olundu. Ulu Öndər Heydər Əliyevin yenidən siyasətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsinin dayandırılmasına və təbii sərvətlərin xalqın maraqlarına uyğun istifadə edilməsinə səbəb oldu. Bu gün Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Bu gün Ulu Öndər Heydər Əliyev deyəndə, Azərbaycan başa düşülür. Bu gün dünyanın bir çox liderləri öz fəaliyyətini məhz Ulu Öndər Heydər Əliyev siyasi fəlsəfəsi üzərində qurmağa çalışırlar. Ulu Öndər Heydər Əliyevə münasibət Azərbaycan xalqının özünə, bu gününə və gələcəyinə olan münasibətdir. Dahi Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlı tərəfindən yüksək səviyyədə qorunur. Ulu Öndər Heydər Əliyev kimi dəyərli Lideri, dəyərli oğlu olan istənilən xalq xoşbəxtdir və bunlar içərisində Azərbaycan birinci yer tutur.

Çingiz Qənizadə, millət vəkili:

- Ulu Öndər Heydər Əliyev böyük Azərbaycan deməkdir. Yəni Azərbaycan dedikdə, Ulu Öndər Heydər Əliyevi düşünməmək, dərk etməmək, göz önünə gətirməmək mümkün deyil. Müasir Azərbaycan dövlətinin banisi, memarı Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu siyasət Azərbaycanın müstəqilliyi, iqtisadi gücü, hərbi gücü və Azərbaycanı dünyada inkişaf etmiş demoktarik-hüquqi bir dövlətə çevirmək idi. Bu uğurlu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Biz Ulu Öndər Heydər Əliyev dedikdə Azərbaycanı, Azərbaycan dedikdə isə Ulu Öndər Heydər Əliyevi düşünürük. Onların hər ikisi birlikdə tam bir Azərbaycan deməkdir.

Bu gün hər bir Azərbaycan vətəndaşının bir yaralı problemi var. O da Dağlıq Qarabağ problemidir. Amma Dağlıq Qarabağ probleminin həlli təkcə Azərbaycandan və Azərbaycanın siyasi hakimiyyətindən asılı deyil. Ona görə də, Dağlıq Qarabağ probleminin həlli üçün Prezident İlham Əliyev bütün dünya ilə təkbaşına savaş və mübarizə aparır ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunsun.

Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ işğaldan azad ediləcək və qaçqın və köçkünlər öz yurd- yuvalarına qayıdacaqlar.

GÜLYANƏ

Digər xəbərlər