PDF Oxu

Siyasət

  • 14

Azərbaycan Respublikası Təhsil Nazirliyi Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib

Azərbaycan Respublikası Təhsil Nazirliyi Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib

Dünən Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Təhsil nazirinin müavini Firudin Qurbanov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov çıxış edərək bildiriblər ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür, deyə çıxışçılar qeyd etmişdir.

Həmçinin, qeyd olunub ki, Heydər Əliyevin adını daşıyan bu mərkəz Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açır. Eyni zamanda, Heydər Əliyev Mərkəzi dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Ziyarətçilərin tərkibi əsasən, Yeni Azərbaycan Partiyası üzvlərindən ibarət olub. Heydər Əliyev Mərkəzini ziyarət çərçivəsində Təhsil Nazirliyinin 13 əməkdaşı Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilib.

R.KAMALQIZI

Digər xəbərlər