Salyan rayon icra hakimiyyəti YAP Salyan rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 92-ci ildönümünü qeyd edib
Salyan rayon icra hakimiyyəti YAP Salyan rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 92-ci ildönümünü qeyd edib. Tədbir iştirakçıları öncə Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində hazırlanmış kompozisiyalarla tanış olublar. Heydər Əliyev Mərkəzində keçirilən "Sən elə bir zirvəsən" adlı elmi-praktik konfransı Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Daha sonra Salyan rayon prokuroru Firdovsi Nemətli, Peyk kənd tam orta məktəbin müəllimi Vüsalə Hüseynova, Salyan rayon məhkəməsinin sədri Xəqani Tağıyev, Arbatan bələdiyyəsinin üzvü Asudə Kərimova, Azərbaycan Müəllimlər İnstitutu Salyan flialının tələbəsi Aybəniz Hüseynova və digərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.
Prezident Administrasiyasının məsul işçisi Bəhruz Həsənov çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycan çiçəklənən, qüdrətlənən bir ölkəyə çevrilib. Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rayonun təhsil müəssisələrinin hazırladığı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini yüksək səviyyədə səhnələşdirərək nümayiş etdirdikləri üçün AMİ-nin Salyan flialı, şəhər 4, 6, 7, İnternat, Yuxarı Noxudlu və Qardili kənd tam orta məktəbləri rayon icra hakimiyyəti başçısının fəxri-fərmanı ilə təltif ediliblər.
Sonda YAP sıralarına daxil olan üzvlərə partiya biletləri təqdim edilib.
R.HÜSEYNOVA