PDF Oxu

Siyasət

  • 12

“Azərbaycan, Gürcüstan və Türkiyə birliyi xeyrimizə olar” AÇIQLAMA

“Azərbaycan, Gürcüstan və Türkiyə birliyi xeyrimizə olar” AÇIQLAMA

"Uzun müddətdir ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi təlimlər keçirilir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlamasına münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, bu təlimlər hər iki ölkənin hərbiçilərinin iştirakı ilə baş tutur: "Həmin təlimlər hər iki tərəfdən ordunun möhkəmləndirilməsinə, ordunun çətin şəraitdə necə fəaliyyət göstərəcəyinə xidmət edir. Hətta lazım gəlsə, birlikdə hansısa əməliyyatların təşkili üçün müəyyən məsələlər barədə də razılığa gəlmək mümkündür. Vaxtaşırı müxtəlif politoloqlar, ekspertlər tərəfindən bu kimi fikirlər səsləndirilir.Hesab edirəm ki, regionda Azərbaycan, Gürcüstan və Türkiyədən ibarət hərbi birliyin yaradılması məqsədəuyğun olar. Çünki bizə qarşı təhlükə yarada biləcək qurumlar var. Hər üç ölkənin birliyinin yaradılması, neft-qaz kəmərlərinin, dəmir yollarının, ərazimizin təhlükəsizliyinin qorunması üçün onların gücündən birgə istifadə etmək daha səmərəli olar. Bu xeyrimizədir, nəinki ziyanımıza".

sia.az

Digər xəbərlər