PDF Oxu

Siyasət

  • 12

Fazil Mustafa: “Ermənistan himayədarlarına yalvarır"

Fazil Mustafa: “Ermənistan himayədarlarına yalvarır"

"Ermənistanın Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə taktiki təlimlərindən narahatlığı qorxudan qaynaqlanır". Bunu SİA-ya Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə, Azərbaycan-Türkiyə birgə təlimləri hər zaman Ermənistan cəmiyyətinə psixoloji təhdiddir: "Ermənistan onu hnimayə edən dövlətlərə yalvarır ki, onlar da bu təlimlərin keçirilməsindən narahat olduqlarını bildirsinlər. Yəni, Ermənistan onu dəstəkləyən dövlətlər vasitəsi ilə narahatlıq görüntüsü yaratmağa çalışır".Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb. Təlimlər mayın 16-dək davam edəcək.

sia.az

Digər xəbərlər