PDF Oxu

Siyasət

  • 8

Musa Quliyev: “Bəziləri şərəfli, bəziləri şərəfsiz yolu üstün tuturlar” AÇIQLAMA

Musa Quliyev: “Bəziləri şərəfli, bəziləri şərəfsiz yolu üstün tuturlar” AÇIQLAMA

"Bakı 2015" I Avropa Oyunlarının keçirilməsinə mane olmaq istəyən və bununla bağlı ölkəmizə şər, böhtan atan qüvvələr var. Həmin qüvvələrin də böyük əksəriyyəti ermənipərəst dairələr, lobbiçilər tərəfindən fəallaşdırılan, maliyyə dəstəyi göstərilən qüvvələrdir. Onlar istəmirlər ki, güclü Azərbaycan dövləti olsun". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "Milli Şura"nın mayın 17-nə planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, həmin təşkilatlar Azərbaycan daxilində milli ruha, qana malik olmayan anti-milli insanları axtarıb tapır və onları şirnikləndirərək belə addımlar atmağa məcbur edirlər: " "Milli Şura"nın da mayın 17-nə planlaşdırdığı mitinq bununla bağlı ola bilər. Bu gün bütün Azərbaycan xalqı səbirsizliklə "Bakı 2015" I Avropa Oyunlarının başlanmasını gözləyir. Ölkəmizin hər bir guşəsində Avropa məşəlləri dolanır. İnsanlar böyük coşqu ilə bu məşəli qarşılayır, sevinclərini bildirirlər. Belə olan halda bir ovuc tör-töküntünün yığışıb mitinq elan etməsi və yaxud nəyəsə etiraz bildirməsi təbii ki, həmin o ermənipərəst qüvvələrin, Azərbaycanın işıqlı günlərini görməyə gözləri kor olan qüvvələrin istəyini yerinə yetirməkdən başqa bir şey deyil. Artıq onların meydana çıxaracağı nə adamları, nə də söyləcək sözləri var. Bu gün insanlar yaşayış üçün müxtəlif yollar seçirlər. Bəziləri şərəfli əməyi, bəzisi isə şərəfsiz yolları üstün tuturlar. Qoy, onlar bunu davam etdirsinlər. Azərbaycan demokratik, hüquqi bir ölkədir".

sia.az

Digər xəbərlər