"Təbii ki, "Bakı 2015" I Avropa Oyunlarının keçirilməsini istəyənlər, istəməyənlər və əleyhimizə kampaniyalar aparanlar var". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, Azərbaycan üçün I Avropa Oyunları böyük tarixi hadisədir: "Bu oyunlar ölkəmizin təbliği, dünya dövlətləri arasında öz yerini, mövqeyini möhkəmləndirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Biz sadəcə öz mövqeyimizi bildirmişik ki, heç bir halda Ermənistandan nümayəndə heyəti Avropa oyunlarında iştirak etməməlidir. Çünki onların burada iştirakına heç bir halda ehtiyac yoxdur və bu, yolverilməzdir. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının arxasında bəzi böyük dövlətlərin, beynəlxalq təşkilatların maraqları var. Onlar Azərbaycana qarşı bir növ təzyiq göstərirlər. Biz vaxtında, zamanında ölkəmizin əleyhinə qarşı aparılan kampaniyalara cavab verməliyik. Hesab edirəm ki, ilk növbədə, təbliğat işləri daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, bütün nöqsanlar minimuma endirilsin".
sia.az