PDF Oxu

Siyasət

  • 11

Prezidentlərin görüşü niyə baş tutmadı?

Prezidentlərin görüşü niyə baş tutmadı?

Elman Nəsirov: "Bunu Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədr dövlətlər arasındakı ziddiyətlərlə izah etmək olar"

"9 May Qələbə Paradı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməməsini bir neçə səbəblə - Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədr dövlətlər arasındakı ziddiyətlərlə izah etmək olar". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov bildirib.Onun sözlərinə görə, Ermənistan tərəfi hər zaman prezidentlər səviyyəsində görüşdən qaçır və çalışır ki, status-kvo saxlanılsın: "Digər tərəfdən bu görüşləri ATƏT-in Minsk qrupu həmsədrləri təşkil etməlidir. Ancaq Qələbə Paradında ABŞ və Fransadan olan həmsədrlər iştirak etmədilər. Bu isə Fransa və ABŞ-ın Rusiya ilə bağlı məlum siyasətinin nəticəsidir. Üç həmsədr ölkə arasındakı ziddiyyətlər fonunda Moskvada Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüş baş tutmadı"."Eyni məntiqlə yanaşsaq, Avropa Birliyinin (AB) Riqada mayın 21-22-də keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyinə dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki, bu sammitdə də Rusiyanın kəskin tənqid edilə biləcək müzakirələrin keçiriləcəyini nəzərə alsaq, Azərbaycan və Ermənistan prezidentlərinin Riqada görüşü baş tutmasın. Bunu da indidən proqnozlaşdırmaq mümkündür" – deyə, politoloq sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər