PDF Oxu

Siyasət

  • 11

Dostluq qrupunun fəalları bir araya gəlib

Dostluq qrupunun fəalları bir araya gəlib

Bu gün Bakı I Avropa Oyunlarına Dəstək Dostluq qrupunun fəalları bir araya gəlib. SİA-nın məlumatına görə, toplantıda görülən işlərin hesabatı verilib. Könül Quliyeva Tiflisdə Avropa təhsil üniversetinin rəhbərliyinə lahiyə haqqında məlumat verib, müəllim və tələbələrin iştirakı ilə tədbir keçirdiyini dilə gətirib. O, bildirib ki, Avropa təhsil universetinin müxtəlif millətlərdən olan tələbələrdə Azərbaycanda keçiriləcək Avropa Oyunları çox böyük rəğbət doğurub.Eyni zamanda dostluq qrupunun fəal gənci Kamil Məhəmmədlinin Bolqarıstan səfərində Bakı yay Avropa Oyunları ilə bağlı sərgi təşkil olunub. Qonaqlara bukletlər, idman geyim formaları , suvinirlər, qələmlər, təqvimlər paylanılıb.Daha sonra qrupun feal üzvü Moskva şəhərində yaşayan İradə Məmmədova Moskva şəhərindəki məktəblərdən birində flaşmob təşkil edib. Toplantıda qrupun fəallığı önə çəkilib və onun yaxın günlərdə görəcəyi işlər müzakirə edilib. Görüləcək işlər arasında regionlarda "Bakı 2015" Avropa oyunlarına dəstək dostluq grupunun auditoriyasının genişləndirilməsi ilə bağlı faliyyətin gücləndirilməsi, universetlərdə tələbələrlə görüşlərin keçirilməsi, "instagram" və "twitter" səhifələrinin açılmasının vacibliyi önə çəkilib.

sia.az

Digər xəbərlər