PDF Oxu

Siyasət

  • 15

“İrəli” İB-nin üzvləri “Heydər Əliyev zirvəsi”ndə

“İrəli” İB-nin üzvləri “Heydər Əliyev zirvəsi”ndə

"İrəli" İctimai Birliyi gənclərin vətənpərvər ruhda, sağlam ruhda böyüməsi və Ulu Öndərin 92 ildönümü ilə bağlı 1-10 May tarixində birliyin üzvləri "Heydər Əliyev zirvəsi"nə yürüşdə iştirak ediblər. SİA-nın məlumatına görə, 9-10 may tarixində baş tutan yürüşdə "İrəli" İctimai Birliyindən iştirak edən fəal üzvlər 3571 m məsafəni qət edib və "Heydər Əliyev zirvəsi"ni fəth etmişdilər. Yürüş iştirakçıları uğurlu iştiraka görə sertifikatlarla təltif olunublar.Qeyd edək ki, "İrəli" İctimai Birliyi bununla yanaşı Ulu öndər Heydər Əliyevin ildönümə həsr olunmuş veloyürüş, Azərbaycanın tanınmış simalarının iştirakı ilə xalq şairi Səməd Vurğunun Azərbaycan şeirini canlandırıblar.Azərbaycanda əsası Ümummilli lider tərəfindən qoyulan gənclər siyasətində aktiv rolu ilə seçilən "İrəli" İctimai birliyi, gənclərin həvəsləndirici tədbirlərdə iştirakını, beynəlxalq arenalarda təmsilçiliyi, kreativ düşüncəli gənclərin ideyalarının dəstəklənməsi və Avropa Oyunları ərəfəsində gənclərin daha çox idman tədbirlərinə cəlb olunmasını təşkil edir.Qeyd edək ki, "İrəli" İctimai Birliyi Azərbaycan Respubilikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında idmanın vacibliyinin və təbliginin böyük əhəmiyyət kəsb etdiyini düşünərək, eləcə də I Avropa Oyunları ilə əlaqədar velosiped idmanının "Bakı-2015" ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq, idmanın bu növünün gənclər arasında təbliği məqsədi ilə veloyürüş təşkil edib. Gənclər təşkilatı olaraq növbəti günlərdə isə atıcılıq, dağa dırmanma və s. idman növlərinin təbliği məqsədi ilə bir neçə tədbirlər görməyi planlaşdırır.

sia.az

Digər xəbərlər