PDF Oxu

Siyasət

  • 209

"Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır"

"Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır"

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır" mövzusunda konfrans keçirilib. Konfransda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə edib. Məruzədə vurğulanıb ki, tarixən böyük şəxsiyyətlər öz xalqının taleyində mühüm və əvəzedilməz rol oynayıb:"Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Onun fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olmuş, ağır iqtisadi durumda olan ölkəmiz inkişaf yoluna çıxmış, dünya dövlətləri içərisində tanınan və böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkəyə çevrilib".

Rayon təşkilatı sədri bildirib ki, bu gün Azərbaycan xalqı daha bir tədbirə ev sahibliyi etməyə hazırlaşır: "Tarixdə ilk dəfə olaraq I Avropa Oyunları Azərbaycanda keçiriləcək. Avropa Oyunlarının təşkilat komitəsinin sədri Azərbaycanın birinci xanımı, millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın rəhbərliyi altında dünya standartlarına cavab verən stadionlar, idman qurğuları tikilmiş, çox böyük hazırlıq işləri görülüb. Bu il aprel ayının 26-da böyük təntənə ilə Avropa Oyunlarının məşəli Cənab İlham Əliyev tərəfindən alovlandırılıb. Bu məşəl respublikanın bütün rayonlarını dolaşacaq. Qürur hissi keçiririk ki, Avropa Oyunlarının məşəli may ayının 10-da Ulu Ödərimizin ad günündə Ağcabədiyə gətiriləcək. Bu məşəli layiqincə qəbul etmək üçün bütün lazımı hazırlıq işləri görülüb".

Konfransda YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin üzvü Leyla Səfərova, Azərbaycan Müəllimlər İnstututunun Ağcabədi filialı ərazi ilk partiya təşkilatı sədri Anar Kərimli, YAP Ağcabədi rayon təşkilatının şura üzvü İbrahim Həsənov, rayon qadınlar şurasının üzvü Solmaz Rəhimova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə büyün sahələrdə yüksək inkişaf və tərəqqiyə nail olunmasından, dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında, ölkə əhalisinin maddi rifah halının yüksəlməsi barədə söhbət açıblar. Natiqlər vurğulayıb ki, milli dövlətçilik tariximizdə əvəzedilməz xidməti olan Heydər Əliyev əbədiyaşar Lider kimi Azərbaycan xalqının xatirəsində daim yaşayacaq.

Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə YAP vəsiqələri təqdim edilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən müxtəlif səpgili müsabiqələrin qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə həmçinin rayonun ictimai- siyasi həyatında fərqlənən 7 nəfər YAP fəali Fəxri Fərmanla təltif edilmişdir.

ZÜMRÜD

Digər xəbərlər