"Bakı-2015" Avropa Oyunlarının alovu coşqu ilə qarşılanır
Artıq Birinci Avropa Oyunlarına hər gün bir az da yaxınlaşırıq və iyirmi yeddi ay bundan əvvəl yaşanılan həyacan daha da artır. Böyük məsuliyyətlə işə başlayan paytaxtımız məsuliyyət və həyəcan içərisində iki il yarıma qədər olan vaxtı böyük işlərə imza ataraq yaşadı və Avropa Oyunlarının 30 gündən sonra açılış mərasimi keçiriləcək. Dünyaya Azərbaycanın idman ölkəmi olduğunu tanıtmaq üçün, iqtisadi inkişafını təqdim etmək üçün, qonaqpərvərlik göstərmək üçün, sülhsevər ölkə olduğu üçün, Azərbaycan - tolerantlığın ünvanı olduğu üçün bu məsuliyyəti üzərində daim hiss etdi. Avropa Oyunlarının standarlanrını müəyyən edəcək Azərbaycan böyük qüvvə, potensial ilə çalışdı və bu gün də məsuliyyəti üzərində olaraq hazırlıq işlərini davam edirir. Elə bir sahə yoxdur ki, orada Avropa Oyunlarına hazırlıq işləri diqqətdə saxlanılmasın. Axı beynəlxalq tədirlərin keçirildiyi məkana çevrilən Azərbaycan tarixdə ilk Avropa Oyunlarını da yüksək səviyyədə qəbul etməklə təşkilatçılıq işində yeni Azərbaycan modeli nümayiş etdirəcək.
Məlumdur ki, Birinci Avropa Oyunlarının vətəni olacaq Azərbaycanda 6 mindən çox idmançı 20 növdə, 253 dəst medal uğrunda yarışacaq. İyun ayında Bakıda təşkil olunacaq möhtəşəm yarış Rio - 2016 Yay Olimpiya Oyunlarına 12 idman növü üzrə vəsiqə qazanmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. Lakin qeyd olunanlarla yanaşı, bütün dünya I Avropa Oyunlarında bir daha müstəqil Azərbaycan Respublikasının təşkilatçılıq bacarığının, yeni və bu günədək bənzəri olmayan təqdimat üslubunun, bir sözlə, önəmli yarışların yüksək səviyyədə qəbulunda innovativ yanaşmanın şahidi olacaq. Bu isə uzun illərdir nüfuzlu turnirləri beynəlxalq standartlar əsasında qəbul edən Azərbaycanın dünya standartlarına öz töhfəsidir. Bəli, I Avropa Oyunlarını yüksək səviyyədə qəbul edən ölkəmiz bununla da dünya ölkələrinə təşkilatçılıq istiqamətində yeni Azərbaycan modelini təqdim edəcək.
Bu gün Azərbaycan da böyük bayram əhvali-ruhiyyəsi mövcuddur. Hər kəs bu oyunları səbirsizliklə gözləyir. 1-ci Avropa Oyunlarının məşəlinin ölkəmizi dolaşdığı hər məkanda bu sevinci sezmək mümkündür. Aprel ayını 26-dan start götürən məşəlin alovlandıra mərasimi uğurla həyata keçirilir. Məşəlin böyük coşğu ilə keçən qarşılanma mərasimləri, məşəl festivalları hər kəsin yaddaşında əziz bir xatirəyə çevrilir. Naxçıvandan başlanan alovlandırma Beyləqandan, Ağdamdan, Ağcabədidən və başqa məkanlardan keçir. 47 gün ərizində ölkəmizi diyarbadiyar gəzəcək məşəl bu tarixi hadisəyə şahidlik edən sakinlərin sevinc və təəssüratlarını zənginləşdirir. Axı 12 iyun tarixində keçirilək Avropa Oyunlarına Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə oyunları olacaq. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq.
Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybolu, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil olmaqla 12 idman növü üzrə Rio 2016 Yay Olimpiyadasına təsnifat imkanları veriləcək.
Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli məhz belə bir oyunların sevincini indidən yaşayır. "Bakı-2015" birinci Avropa Oyunlarının qədim və müqəddəs "Atəşgah" məbədindən götürülmüş alovunu coşqu ilə qarşılanır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir. Birinci Avropa Oyunlarının məşəlinin ölkəmizin bölgələrini gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar həm də Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Bu gün bütün dünya Azərbaycanın mədəniyyəti, tarixi, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, kənd və qəsəbələrimizdə gedən sosial-iqtisadi inkişafın şahidi olur.
NƏZAKƏT