PDF Oxu

Siyasət

  • 15

İsmayıllıda əsrarəngiz Gül bayramı keçirilib

İsmayıllıda əsrarəngiz Gül bayramı keçirilib

YAP İsmayıllı rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 10 may Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramı keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, məktəblər, ərazi nümayəndəlikləri, bələdiyyələr, sənətkarlar və sahibkarlar tərəfindən Ulu Öndərin anadan olmasının 92-ci illiyi münasibətilə, eyni zamanda tarixi abidələr və Avropa Oyunlarının rəmzlərinə dair güllərdən hazırlanan eksponatlar, əl işləri, sənətkarlıq nümunələri, kitab sərgisi nümayiş etdirilib.

Tədbir iştirakçıları Ümummilli Liderin Azərbaycanın inkişafı, vətənçilik, azərbaycançılıq məfkurəsindən geniş bəhrələniblər. Onlar öz əsərlərində təbii güllərdən istifadə edərək Azərbaycan tarixinin Böyük Öndərlə bağlı olan dövrünü canlandırıblar. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və tədbirdə iştirak edən qonaqlar təbii güllərdən hazırlanmış əl işlərinin nümayiş olunduğu meydanda eksponatlarla tanış olublar.

Tədbirdə geniş nitq söyləyən İsmayıllı RİH-in başçısı Mirdaməd Sadıqov YAP rayon təşkilatına tədbirin yüksək səviyyədə təşkilatçılığına görə öz minnətdarlığını bildirib. Natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həyatı hər bir Azərbaycan gənci üçün örnəkdir. Onun banisi olduğu bugünkü müstəqil demokratik, güclü iqtisadiyyata və sürətli inkişaf tempinə malik Azərbaycan dövləti artıq dünyada söz sahibinə, nüfuzlu beynəlxalq tədbirlərin, idman yarışlarının təşkilatçısına və məkanına çevrilib. Əbədiyaşar Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti onun layiqli varisi, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ölkəmizin dünya birliyində böyük hörmətə, nüfuza malik bir dövlət olduğunu bir daha təsdiqləyir.

ZÜMRÜD

Digər xəbərlər