PDF Oxu

Siyasət

  • 7

Səbaildə möhtəşəm Gül bayramı keçirilib

Səbaildə möhtəşəm Gül bayramı keçirilib

SƏBAİL

Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş ənənəvi Gül bayramı keçirilib. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarənc gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli Liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hızırlanmış portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Bakı şəhərinin və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız Qalasının, paytaxtımızın simvoluna çevrilmiş "Alov Qüllələri" Kompleksinin, "Səbail" gəmisinin, iyun ayında Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının güllərdən hazırlanmış simvolları - Nar və Ceyran, oyunların məşəli, tovuz quşu, Günəş müxtəlif idman və digər fiqurların, ümumilikdə 800 mindən artıq güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin-çiçəklərin dili ilə baxmağa vadar edirdi.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Energetika naziri Natiq Əliyev, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı "Sahil bağı"nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər ediblər.

Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu Öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şeir və mahnılarla qonaqlar qarşısında çıxış ediblər.

ASTARA

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tanınmış musiqiçilər konsert proqramı ilə çıxış ediblər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar respublikanın tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil olunub.

Tədbirdə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri tədbirdə iştirak ediblər. Böyük izdihamla müşayiət olunan konsert rayon ictimaiyyətinin minlərlə sakini tərəfindən maraqla qarşılanıb, tədbir atəşfəşanlıqla başa çatıbdır.

TƏRTƏR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışanlar, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə dislokasiya olunmuş hərbi hissənin əsgər və zabitləri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, rayon ictimaiyyətinin çoxsaylı üzvləri və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Ümummilli Liderin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun xatirəsini böyük ehtiramla yad ediblər.

Mərkəzi meydanda yerləşdirilmiş geniş ekranlı monitorda Ulu Öndərin həyat və fəalliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.Günün sonunadək davam edən tədbirdə Heydər Əliyev Parkında Gül bayramı, rayonun umumtəhsil məktəblərinin şagirdlərinin əl işlərinin sərgisi, Heydər Əliyev Mərkəzində "dəyirmi masa" keçirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Gül bayramı münasibəti ilə təbrik edərək bildirib ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur.

Tədbirdə Ulu Öndərin xatirəsinə həsr olunmuş mini-futbol, şahmat, voleybol və digər idman növləri üzrə keçirilmiş yarışların, eləcə də məktəblilər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri YAP rayon təşkilatı və rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Tədbir böyük atəşfəşanlıqla yekunlaşıb.

QOBUSTAN

YAP Qobustan rayon təşkilatı Qobustan rayon icra hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-cı ildönümü ilə əlaqədar elmi- praktik konfransı keçirilibdir. YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev geniş məruzə ilə çıxış edərək, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək, onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, polad iradə, özünə inam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək, xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.

Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərini qeyd edərək, Azərbaycan xalqının bugünkü firavan həyatına görə müdrik rəhbər və dahi şəxsiyyətə minnətdar olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi.

Tədbir musiqili proqramla davam edib.

GƏDƏBƏY

YAP Gədəbəy rayon təşkilatı RİH-lə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ümumrayon toplantısı keçirib. Tədbiri Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb.

Tədbirdə digər çıxış edənlər Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarından danışıblar. Qeyd edilib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Ü.ƏSGƏROV

Digər xəbərlər