Milli Məclisdə "Bakı 2015" I Avropa Oyunları ərəfəsində anti-Azərbaycan kampaniyasına həsr olunan dinləmələr keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, digər millət vəkilləri, QHT və KİV rəhbərləri iştirak edir.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, Azərbaycana qarşı aparılan qara piar kampaniyası qəbul olunmazdır: "Biz bu kampaniyaya səssiz qala bilmərik. Ona görə də qərara aldıq ki, bununla əlaqədar tədbir keçirək".Azay Quliyev bildirib ki, ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər.O qeyd edib ki, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent də aparılan kampaniyada iştirak edir.Tədbir davam edir.
sia.az