Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsi tərəfindən qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə təşkilatın fəalları ulu öndərin Ulyanovskdakı abidəsi qarşısına tər gül dəstələri qoyub və ümummilli liderin xatirəsini yad ediblər.Öz fəaliyyətində Azərbaycan xalqının mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanmasına böyük diqqət ayıran ÜAK-ın Ulyanovsk regional bölməsi bu şəhərdə Heydər Əliyevin abidəsinin ucaldılmasına da nail olub. Hazırda bu ərazi Rusiya-Azərbaycan dostluq münasibətlərinin rəmzinə çevrilib və Heydər Əliyev meydanı adını alıb.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş görüşdə Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynov çıxış edərək Azərbaycan Respublikasının beynəlxalq arenada sürətli inkişafında Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışıb: "Heydər Əliyevin uzaqgörənliyi, məntiqli siyasəti və qeyri-adi istedadı sayəsində Azərbaycan siyasi, İqtisadi və digər sahələrdə böyük uğurlar əldə etməyə eləcədə dünya ictimaiyyətində öz layiqli yerini tutmağa müvəffəq olub". İ.Hüseynov ulu öndərin hər zaman Azərbaycanın çiçəklənməsində misilsiz xidmətləri olan bir insan kimi yad ediləcəyini deyib.İstər ölkə daxilində, istərsə də ölkənin hüdudlarında azərbaycanlıların birliyinə nail olan ümummilli liderin ideyalarının bu gün də öz xalqını birləşdirməkdə davam etdiyi vurğulanıb.
sia.az