"Azərbaycanla Ermənistan arasında atəşkəs haqda anlaşmanın 21 ili tamam olduğu gün Amerikanın Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Görüşdən sonra verilən açıqlamadan belə anlaşılır ki, Amerika bizim regiondakına bənzər bir atəşkəs rejiminin Donbasda yaradılmasını istəyir". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" səhifəsində yazıb. Millət vəkilinin sözlərinə görə, Kerrinin Ukrayna prezidenti Poroşenkonun Donetsk aeroportunun yenidən geri alınacağı ilə bağlı açıqlamasını pisləməsi, Minsk anlaşmasına əməl olunacağı təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıla biləcəyini dilə gətirməsi elə bu deməkdir: "Belə anlaşılır ki, Vaşinqtona münaqişənin həlli deyil, dondurulması əl verir. Çünki bu, gərginlik mənbəyinin qalması deməkdir. Gərginlik mənbəyi qalırsa, demək, tərəflər üzərində kontrol və təzyiq imkanları da qalır".
sia.az