"Mən Avropa Parlamentinin Azərbaycanda keçirilən Avropa oyunlarını baykot qərarını qətiyyətlə pisləyir, bunu qərəzli, sifarişli və ikili standartlara dayanan bir addım kimi dəyərləndirirəm". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Adil Əliyev öz "facebook" hesabında yazıb.Deputatın sözlərinə görə, Avropa parlamenti bu qədər insan haqlarının qayğısına qalırsa, görəsən nədən qərbdəkiləri Ermənistanda keçirilən Boloniya sisteminə dair 4-cü forumu baykot etməyə çağırmır? Axı ən çox insan haqlarını pozan ölkələrdən biri Ermənistandır. O Ermənistan ki, həmin Avropa Parlamentinin işğal altındakı torpaqlarımızla bağlı qətnamələrini saya belə almır".
sia.az