"Hələ bir müddət mətbuatda Tural Abbaslının, Ellada Məmmədlinin də Müsavat partiyasından xaric olunması ilə bağlı məlumatlar gedib. Heç şübhəsiz ki, partiya daxilində istefalar davamlı olacaq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov Müsavat partiyasında baş verən kütləvi istefalara münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, demokratiyanı arzulayan, təbliğ edən bir təşkilat öz daxilində demokratiyaya və onun qanunlarına əməl etməli idi: "Bununla belə qanun çərçivəsində partiyanın yaradılmasında bu və ya digər formada əməyi olan insanlara hörmət göstərilməli idi. Hətta onlar öz diktatura xislətlərini üzə çıxarmamalı idilər. Bu hadisələr bir daha sübut etdi ki, Müsavatda olan ayrı-ayrı şəxslər partiyanı idarə edə bilmirlər və ona hazır deyillər. Təbii ki, hazır olmadıqları bir vaxtda cəmiyyətdən, hakimiyyətdən də demokratiya qaydaları tələb etmək haqları yoxdur. Bu baxımdan onlar ilk növbədə gərək özlərində demokratiyanı qursunlar. Hesab edirəm ki, Müsavatdan Vurğun Əyyubun, hazırda isə Ellada Məmmədlinin və digərlərinin çıxarılması prosesi davam edəcək. Çünki bu prosesdə İsa Qəmbərin özü də Arif Hacılını dəstəkləyir. Düşünürəm ki, onlar düzgün yolda deyillər. Əgər Müsavat bu minvalla davam edəcəksə, inanmıram ki, Azərbaycan siyasətində özünə güc toplaya bilsin".
sia.az