PDF Oxu

Siyasət

  • 10

Elman Nəsirli: “Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur”

Elman Nəsirli: “Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur”

AÇIQLAMA

"Son zamanlar prezidentlər səviyyəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşün keçirilməsinə dair ziddiyyətli informasiyalar yayılmaqdadır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan prezidentlərinin mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşünə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, ATƏT MQ həmsədrləri dəfələlə mövqe bildiriblər ki, növbəti görüş bu ilin sentyabrında BMT Baş Məclisinin toplantısı zamanı olacaq: "Onlar bəzən bu görüşün ilin sonunda baş tutacağını da deyiblər. Faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçirilən tədbirlər çərçivəsində həm Ermənistan, həm də Azərbaycan prezidenti iştirak etdi. Düşünülürdü ki, Moskvada hər iki ölkə başçısının görüşü keçiriləcək. Amma bu da mümkün olmadı. İndi isə mayın 21-22-də Riqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Həmsədrlərin son bəyanatından bu qənaətə gəlmək olar ki, onların yeni təklifləri yoxdur. Ortada yalnız 2009-cu ilin dekabr ayında Afinada irəli sürülmüş yenilənmiş Madrid prinsipləridir. Bunu da Ermənistan qəbul etməyib".E.Nəsirli əlavə edib ki, həmsədrlərin son bəyanatlarından da məlum olur ki, Ermənistanın mövqeyində nəinki dəyişiklik yoxdur hətta öz aqressiv siyasətini davam etdirir: "Ötən ilin oktyabr ayının 27-də Paris danışıqlarının ardınca həm 47 min nəfərlik hərbi heyətin iştirakı ilə Azərbaycanın işğal altındakı Ağdam rayonu ərazisində hərbi təlimlərin keçirilməsi, helikopter avantürası , həm də digər bu kimi addımlar bir daha göstərir ki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Belə bir vəziyyətdə Riqa sammiti və həmin sammitdə həmsədrlər yeni sülh sazişini imzaladılar. Hələ Azərbaycan tərəfi belə bir görüşün keçiriləcəyini təsdiqləməyib. Bu, sadəcə olaraq fərziyyə, versiya kimi irəli atılıb. Bu mənada həm sammit çərçivəsində ciddi addım atılacağına inanmaq çox çətindir. Çünki qarşı tərəfin mövqeyində konstruktiv, pozitiv dəyişiklik yoxdur".

sia.az

Digər xəbərlər