PDF Oxu

Siyasət

  • 10

Birinci Avropa Oyunlarında iştirak edəcək velosipedçilərimiz Xızıda müəyyənləşəcək

Birinci Avropa Oyunlarında iştirak edəcək velosipedçilərimiz Xızıda müəyyənləşəcək

Mayın 14-də Xızıda velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına start verilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən çempionatda yığma komandalarımızın, o cümlədən "Synergy Baku" klubunun bütün azərbaycanlı üzvləri iştirak edirlər. Yarışın keçirilməsində əsas məqsəd "Bakı-2015" ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirməkdir.Turnirin ilk günündə iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçiriləcək və mükafatçılar müəyyənləşəcək.Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. UCİ təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili "Bakı-2015" ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən beynəlxalq federasiya Azərbaycan çempionatının mayda keçirilməsinə razılıq verib.

AZƏRTAC

Digər xəbərlər