PDF Oxu

Siyasət

  • 11

Əli Həsənov iqtidar-müxalifət görüşü haqqında danışdı

Əli Həsənov iqtidar-müxalifət görüşü haqqında danışdı

"Ötən dəfə keçirilən görüşlərdən fərqli olaraq bu dəfə hamının razılığı ilə gündəmə müzakirə olunan əsas məsələ ilə bağlı bərabər, eyni zamandan cari məsələləri daxil etdik". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə keçirilən növbəti iqtidar-müxalifət görüşünün yekunu haqqında danışarkən deyib.Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisinin sözlərinə görə, cari məsələləri daxil etməklə partiya rəhbərlərinə imkan yaradıldı ki, təkcə müzakirəyə çıxarılan məsələ haqqında fikirlərini bildirməsinlər, o cümlədən onları və onların təmsil etdiyi siyasi tərəfdaşlarını narahat edən, Azərbaycan cəmiyyətində yaşanan digər məsələləri gündəmə çıxarıb hakimiyyət nümayəndəsi ilə müzakirə etmək imkanına malik olsunlar: "Təbii ki, belə də oldu. Bildiyiniz kimi bu gün gündəmin əsas məsələsi I Avropa Oyunlarının keçirilməsinin təşkili və digər məsələlər idisə, cari məsələlərdə bir neçə məsələləri qaldırdılar. Xüsusən siyasi partiya sədrlərinin bəziləri ötən görüşlərdə müzakirə etdikləri məsələləri təkar qaldırdılar. Onlar birinci və ikinci görüşdə bir qrup məhbusun azad olunmasını gündəmə gətirmişdilər. Həmin məsələni onlar yenidən müzakirə mövzusu kimi irəli sürdülər. Onlar ölkə başçısı cənab İlham Əliyevə bu məhbusların əfvi ilə bağlı müraciətlərini təkrarən çatdırmağı xahiş etdilər. Azərbaycan cəmiyyətini və siyasi partiyaları narahat edən digər məsələlər – ictimai-siyasi proseslərdə iştirak, partiyaların maddi təminat, qərargah məsələsi, sosial problemlərin Azərbaycan cəmiyyətindəki bugünkü müzakirə məsələləri, bank kreditlərdən tutmuş siyasi plüralizm məsələlərinə qədər çox mühüm məsələlər qaldırıldı. Onların bəzilərinə dərhal münasibət bildirildi, bəziləri ətrafında isə sonrakı görüşlərdə fikir mübadiləsinin aparılması qərara alındı".Ə.Həsənov diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan əsas məsələ ilə bağlı əksər partiya sədrlərinin fikri ondan ibarət oldu ki, I Avropa Oyunları Azərbaycan dövlətinə, xalqına lazımdır: "Azərbaycan dövlətinin, xalqının keçirdiyi bu tədbir ona imkan verir ki, mədəniyyətini, mövcud milli-mənəvi dəyərlərini, xalqın yaşam tərzini, ölkəmizdə tolerantlığı, ictimai-siyasi vəziyyətini, regiondakı mövqelərini və s. dünyaya çatdırmaq istədiyi mesajları bu idman yarışlarından istifadə edib, Bakıda iştirak edəcək nümayəndələrə, jurnalistlərə və onların vasitəsilə dünya ictimaiyyətinə çatdırılsın. O cümlədən ümumi qərara gəlindi ki, Avropa Oyunları Azərbaycan dövlətinə həmçinin bir imkan verdi ki, özünün idman strukturlarını genişləndirsin və idman resurslarını artırsın. Bir idman ölkəsi kimi lazımi infrastruktur siyasətini həyata keçirsin və gələcəkdə daha böyük olimpiya oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoysun. O da ümumi şəkildə ifadə olundu ki, bu yarışlar Azərbaycan üçün bir vasitədir. Vasitə isə o istiqamətə yönəldilməlidir ki, Azərbaycanın problemlərini, reallıqlarını dünyaya çatdıraq. Bizim əleyhdarlarımızın neçə illərdir apardığı anti-Azərbaycan təbliğatının formalaşdırdığı trafaretləri sındıraq. Beləcə, ölkəmizin real gerçəkliklərini, xalqın real mədəniyyətini, tarixini, sivilzasiya dəyərlərini dünyaya çatdıraq".

yap.org.az

Digər xəbərlər