"Azərbaycanlıların xarici şirkətlərə işə götürülməməsi iş sahələrindən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.Onun sözlərinə görə, hər bir ölkə maraqlıdır ki, yerli əhalini işlə təmin etsin. Bunun üçün də daxili büdcə hesabına imkanları genişləndirmək lazımdır: "Xarici şirkətlərin özündə müəyyən sabitləşmə dövrü gedir, yəni xaricilər investisiya qoyuluşunda çox düşünürlər. Məhz buna görə də, Azərbaycanda xarici şirkətlərin sayına baxmayaraq, daxili investisya daha çoxdur. Odur ki, xarici şirkətlər investisiya qoyanda əmək tutumlu işçilər, idarəetmə işlərinə, vəzifəli işlərə xarici vətəndaş götürürlər. Eyni zamanda, azərbaycanlıların işə götürülməməsi iş sahələrindən asılıdır. Bəzi iş sahələri var ki, orada yalnız xarici vətəndaşların yüksək dil bilikləri olduğu üçün azərbaycanlı işçilərə daha az iş verilir. Bu vaxt belə məsələ ilə də qarşılaşılır ki, xarici şirkətlər öz işçilərinə maaş çox verirsə, azərbaycanlıya maaşı az verir. Öz işçilərini xaricdən gətirirlər, azərbaycanlıya həmin iş yerini vermirlər. Bu baxımdan hər bir ölkə müəyyən mənada maraqlıdır ki, öz təlabatını ödəsin, yerli əhalisini təmin etsin. Ona görə də biz çalışmalıyıq ki, öz daxili büdcəmiz hesabına öz imkanlarımızı genişləndirərək xaricə investisiya qoyaq və xaricdə çalışanlarımızın sayını artıraq".
sia.az