PDF Oxu

Siyasət

  • 14

Riqa sammitində mühüm qərarlar qəbul edilə bilər

Riqa sammitində mühüm qərarlar qəbul edilə bilər

Elşad Mirbəşiroğlu: "Prezidentlər arasında görüş baş tutsa da, hansısa sənədin imzalanması real görünmür"

Məlum olduğu kimi, Riqada mayın 21-22-də Şərq Tərəfdaşlıq Sammiti keçiriləcək. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir. Bir sıra xarici KİV-lərin yaydıqları məlumata görə, sammitdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək. Hətta iddialara görə, görüşdə münaqişənin həlli ilə bağlı hansısa sənəd müzakirə olunaraq, imzalanacaq. Politoloq Elşad Mirbəşiroğlu isə "Səs" qəzetinə açıqlamasında prezidentlər arasında görüş baş tutsa da, hansısa sənədin imzalanmasının real görünmədiyini bildirdi: "Son vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədirləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşkili edilməsi istiqamətində fəallıq göstərirlər: "Bu baxımdan, ola bilər ki, Riqada mayın 21-22-də keçiriləcək Şərq Tərəfdaşlıq Sammiti çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərinin görüşü baş tutsun. Amma orada konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində hər hansı bir sənədin imzalanmasını real hesab etmirəm. Bunun da səbəbi işğalçı ölkə olan Ermənistanın həmişəki kimi tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. Bir sözlə, demək olar ki, bu gün konkret olaraq Ermənistanın rəsmlərinin mövqeyində Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi istiqamətində hər hansı bir addımın atılması gözlənilmir. Ümumiyyətlə, Ermənistan tərəfi çox gözəl başa düşür ki, gec-tez Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmağa məcbur olacaqdır. Ona görə də, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini uzatmaq üçün əlindən gələni edir".

"Dünya birliyinin Ermənistana işğalçılıq siyasətinə görə iqtisadi sanksiyalar tətbiq etməməsi Sarksiyan rejiminin özbaşınalıq hərəkətlərinin daha geniş xarakter almasına həvəsləndirmir ki" sualını cavablandıran politoloq bildirdi ki, işğalcının cəzalandırılmaması, ən azı sanksiyaların tətbiq olunmaması həm Ermənistanı, həm də digər dövlətləri həvəsləndirir: "Əgər zamanında dünyanın güc dövlətləri tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı konkret addımlar atılsaydı, bu gün digər işğal faktları ortalığa çıxmazdı. Yəni Ermənistanın cəzasız qalması digərlərini də belə addımlar atmağa sövq edir. İşğalçı ölkə olan Ermənistana qarşı layiq olan cəza verilməlidir. Çünki Ermənistan işğalçı və insanlar üzərində soyqırımı həyata keçirən tərəfdir".

GÜLYANƏ

Digər xəbərlər