"Hesab etmirəm ki, NATO-Ukrayna ordusunun birgə keçirdiyi hərbi təlimlər yeni müharibə ocağının yaranmasına gətirib çıxara bilər". BunuSİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, ilk növbədə, NATO həmin döyüşlərdə birbaşa iştirak etməyəcək: "Ukraynanın Donetsk və Luqansk şəhərlərində atəşkəsin dayandırılması barəsində Minsk razılaşması var. Beləcə, tərəflər bunu gözləməyə çalışırlar. Bu baxımdan məsələnin hərbi yolla həll edilməsi prespektivi görünmür. Bu problemi ancaq siyasi yolla həll etmək lazmdır ki, buna da ayrı-ayrı zamanlarda təkliflər verilir.NATO-Ukrayna ordusunun birgə keçirdiyi hərbi təlimlərin sonradan münaqişənin artmasına edəcəyi təsirə gəlincə deyə bilərəm ki, hər halda Ukraynada, Donetsk, Luqanskda özlərinə hesabat verirlər ki, müharibənin yenidən qızışması hər iki tərəf üçün çox böyük fəsadlara gətirib çıxara bilər. Bu baxımdan onların məsələnin siyasi həllinə sövq etməsi bu gün daha çox gözləniləndir".
sia.az