PDF Oxu

Siyasət

  • 9

Elçin Mirzəbəyli: “Böyük məsuliyyət Rusiyanın üzərinə düşür" AÇIQLAMA

Elçin Mirzəbəyli: “Böyük məsuliyyət Rusiyanın üzərinə düşür" AÇIQLAMA

"Cənubi Osetiya parlamentinin sədri Anatoliy Babilovun bu ilin mayın 3-də Xankəndində qondarma Dağlıq Qarabağ Respublikasının parlament seçkiləri ilə əlaqədar Dağlıq Qarabağa qanunsuz səfəri və orada Ermənistan parlamentinin spikeri ilə görüşünün arxasında tək Ermənistan dayanmır. Burada həmçinin Rusiya faktoru dayanır". BunuSİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Siyasi şərhçinin sözlərinə görə, heç kimə sirr deyil ki, separatçı Osetiya rejimi bilavasitə Rusiyanın nəzarəti altındadır və faktiki olaraq rəsmi Moskvanın bir bölgəsi, ərazisi kimi mövcuddur. Təbii ki, orada olan separatçı liderlərin də müstəqil şəkildə hər hansı bir əraziyə səfər etmək, onlarla əlaqə qurmaq imkanları yoxdur. Nəzərə alsaq ki, Rusiya Osetiyanın himayəçisi, qoruyucusu kimi çıxış edir, bu hadisədə ən böyük məsuliyyət elə məhz Rusiyanın üzərinə düşür. Cənubi Osetiya parlamentinin sədri Anatoliy Babilovun qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri artıq Gürcüstan-Ermənistan münasibətlərində də müəyyən ziddiyətlər yaradıb".

sia.az

Digər xəbərlər