İsmayıllı rayon icra hakimiyyəti və YAP rayon təşkilatı qadınlar şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər ailənin cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə ona göstərilən diqqətdən, ailə dəyərlərindən danışıblar. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı ailəsi öz gözəl xüsusiyyətləri, əxlaqı ilə bütün dünyaya əsl nümunədir. Bəşəriyyətə neçə - neçə qəhrəman oğullar və qızlar bəxş edən Azərbaycan ailəsi öz milli mentaliteti, ailə başçılarına qoyduğu dəyərə və yüksək əxlaqi xüsusiyyətlərinə görə daim seçilir.
Tədbirdə YAP üzvləri olan bir gənc ailənin nişan mərasimi, digər gənc ailənin nikah mərasimi keçirilmiş, bir uzunömürlü nümunəvi ailənin – Həmzəyevlər ailəsinin 65 illik yubileyi qeyd olunub.
YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin və qadınlar şurasının yaxından iştirakilə keçirilən tədbirdə rayon ərazisində yaşayan çoxlu sayda orta yaşlı və gənc ailələr iştirak etmişlər, nümunəvi ailələrə xatirə hədiyyələri verilib.
Tədbirin sonunda rayon mədəniyyət evinin musiqi kollektivinin ifasında konsert proqramı təqdim olunub.
ZÜMRÜD