PDF Oxu

Siyasət

  • 6

Fazil Mustafa: “Müsavat fəlakətə doğru gedir” AÇIQLAMA

Fazil Mustafa: “Müsavat fəlakətə doğru gedir” AÇIQLAMA

"Ümumiyyətlə mən Müsavat partiyasının fəaliyyətini izləmirəm. Çünki sözügedən partiyanın ictimai-siyasi həyata təsir gücü yoxdur". Bunu SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Müsavat daxilində baş verən istefalara münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Müsavat partiyasının fəaliyyət imkanları artıq məhduddur: "Hər hansı bir şəkildə onu dirçəltmək imkanları yoxdur. Yeni ideyalara ehtiyac olsa da amma onlar bunu yarada bilməyiblər. Ona görə də mən orada heç bir dəyişiklik gözləmirəm. Beləcə, partiya fəlakətə doğru gedir. İdeya boşluğundan partiyadaxilində müxtəlif intiriqalar yaradılır".

sia.az

Digər xəbərlər