"Ümumiyyətlə erməni diasporu nəinki I Avropa Oyunları ərəfəsində, eləcə də bundan əvvəl də Azərbaycana qarşı "qara-piar" kampaniyasında fəal iştirak edib". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, erməni diasporu, lobbisi bütövlükdə Ermənistan, bu dövlətin müxtəlif xarici ölkələrdəki diplomatik korpusları, beynəlxalq təşkilatlardakı təmsilçiləri çox vaxt hiyləgərliklə kölgədə qalıb, amma ortaya, oyuna saldıqları qurumlar, təşkilatlar var: " Bəs biz bunların qarşısını necə almalıyıq? Bunun qarşısını almaq üçün bizim yeganə yolumuz var. Cənab Prezident İlham Ə liyev bir neçə il bundan öncə belə bir fikir ifadə etmişdi ki, "bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir". Yəni biz gördüyümüz iş, fəaliyyətimizlə bunların hamısının qarşısını almağı bacarmalıyıq və bacarırıq da. Biz tam şəffaflıq şəkildə, ən yüksək standartlar səviyyəsində işimizi görürük. Bu gün Azərbaycan beynəlxalq səviyyədə çox nəhəng bir forum keçirir. Hazırda bu kimi forumlar davam edir. Azərbaycan bununla dünyaya bəyan edir ki, ölkəmizə qarşı bu qarayaxmalar, şərlər, böhtanlar təpkilər dövlətimizi yolundan kənarlaşdıra bilməyəcək. Biz Prezidentimizin ətrafında və onun apardığı siyasətə dəstək olaraq daha sıx birləşməliyik. Beləcə, stabilliyimizi, müdafiə qüdrətimizi qoruyub saxlamalıyıq.
sia.az