"Milli Şura"nın keçirmək istədiyi mitinq əslində xaricdən alınan sifarişin həyata keçirilməsidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Milli Şura"nın mitinq keçirməkdə həvəsli olmasına münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, indiki mərhələdə Azərbaycanda hansısa məsələ, problemlə bağlı mitinqin keçirilməsini zəruri edən sosial siyasi səbəblər yoxdur: "Belə olan halda mitinq keçirməyi zəruri hesab edən "təşkilatlanma" mütləq haradansa sifarişlə bu tədbiri keçirmək istəyir. Təbii ki, bu da bütövlükdə Azərbaycan cəmiyyətinə və xalqına bəllidir. Hamı bilir ki, bu, ölkədə "5-ci kolon"un təşkil etməyə çalışdığı mitinqdir. Hər kəsə məlumdur ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı başladılmış anti-idman kampaniyasının tərkib hissəsi olaraq ermənipərəst, islamafob mərkəzlərdən idarə olunur. Ona görə də əminliklə demək olar ki, bu mitinq yenə heç nə ilə yadda qalmayacaq. Artıq bir neçə mitinq keçirməyi özünə peşə seçmiş "peşəkar" mitinqçilərdən başqa orada heç kəs olmayacaq".
sia.az