"Müxalifətin radikal qanadı anti-Azərbaycan koalisiyasının tərkibində yer alır. Onlar anti-milli qüvvələrdir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı xaricdən təzyiqlər, təhdidlər, təpkilər var və bu layihənin içərisində mitinq keçirmək çağırışı da var: "Bu çağırışa can atan isə müxalifətin radikal qanadıdır. Çünki, onlar məhz xaricdən qidalanırlar, istiqamətləndirilirlər. Niyyətləri isə özlərini xaricə təqdim etməkdir. Anti-Azərbaycan qüvvələr isə çalışır ki, onların vasitəsilə ölkəmizdə xaos yaratsın. Yaradılan xaos üzərindən isə radikallar hakimiyyətə gəlsinlər. Ancaq, buna onlar nail ola bilməyəcəklər. Çünki, onlar Azərbaycan xalqının iradəsi ilə üz-üzədirlər"."Dəfələrlə xalqın diqqətini cəlb edə biləcək şüarlarla mitinqlər keçirməyə çalışan, bütün sahələrdə qüvvələrini səfərbərliyə alıb, insanları bu mitinqlərə çağıran müxalifətin radikal qanadıdır. Bunlar xüsusi olaraq "Milli Şura", AXCP, son dövrlər isə Müsavat Partiyası da onlara qoşulmaqdadır. Bunlar məhz Azərbaycanda anarxiya yaratmaq yolunu tutublar. Onlar anarxist qüvvələrdir. Bu da onu göstərir ki, bu qüvvələrin Azərbaycanda sivil yolla hakimiyyətə gəlmək istəkləri yoxdur. Çünki, müxalifətin radikal qanadının Azərbaycan xalqı içərisində nüfuzu yox dərəcəsindədir".
sia.az