PDF Oxu

Siyasət

  • 13

Arif Rəhimzadə: “Qara-piar kampaniyasının bir neçə səbəbi var” AÇIQLAMA

Arif Rəhimzadə: “Qara-piar kampaniyasının bir neçə səbəbi var” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycana qarşı atılan böhtan kampaniyasının bir neçə səbəbi var. Şübhəsiz ki, burada iqtisadi maraqlar da var". Bunu SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Arif Rəhimzadə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qara-piar kampaniyasına münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, burada Ermənistan hökumətinin və diasporasının fəaliyyətini də inkar etmək olmaz. Möhtəşəm hadisələr baş verərkən bunlar daha da fəallaşırlar və Azərbaycan zərbə vurmaq istəyirlər. Təbii ki, onların hərəsinin öz maraqları var. Demək olmaz ki, bu tək Ermənistan hökumətinin göstərişinin fəaliyyəti nəticəsində baş verir. Biz bu kimi kampaniyalara gərək hazır olaq. Artıq neçə ildir ki, bu məsələ davam edir. Ona görə də biz səfərbər olmalıyıq. Azərbaycan xalqı yekdil olmalıdır və olur da. Biz fəal işimizlə sözügedən kampaniyaya qarşı cavabımızı verməliyik. İlk növbədə, dövlət orqanları öz işlərini görməlidir. Hesab edirəm ki, YAP və onun yerli təşkilatları da bu işdə çox fəal olmalıdır. Sosial şəbəkələrdə, mətbuatda bu fəallıq göstərilməlidir".

sia.az

Digər xəbərlər